Səxavət uzun illər Şahdağ Turizm Mərkəzində xizək təlimçisi kimi çalışıb və qış turizmi sahəsində geniş təcrübəyə malikdir. O, dağları və qış idman növlərini dərindən tanıyan, bölgənin bütün marşrutlarına və hava şəraitinin xüsusiyyətlərinə bələd olan bir mütəxəssisdir.
Səxavətin əsas prinsipi — qonaqlara həqiqətən keyfiyyətli, təhlükəsiz və peşəkar şəkildə hazırlanmış turlar təqdim etməkdir. Təcrübəsi, diqqətcilliyi və turizmə olan həvəsi Şahdag Travel-i qış mövsümünün ən etibarlı və üstün tur şirkətlərindən birinə çevirib.